Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məşhur dirijor Rauf Abdullayevin 85 illik yubileyi ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

"Hörmətli Rauf Abdullayev!

Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
MEHRİBAN", paylaşımda qeyd olunub.

.