Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar”
“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz Regional İdarəsinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”. 

.