“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstaqram" səhifəsində yazıb.

“Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, - deyə Birinci vitse-prezident qeyd edib.

.