Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

R. İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Müğənni Rəqsanə İsmayılovanın ittiham olunduğu iş üzrə 2 nəfər zərərçəkən kimi tanınıb

Müğənni Rəqsanə İsmayılova iki epizod üzrə ittiham olunur.

Bunu APA-nın sualına cavab olaraq onun vəkili Hikmət Əliyev bildirib.

Vəkil deyib ki, Rəqsanə İsmayılovanın iki epizod üzrə ittiham olunduğu iş üzrə iki nəfər zərərçəkmiş kimi tanınıb.

Müğənninin dəymiş ziyanı ödəyəcəyi barədə verilən məlumatlara münasibət bildirən vəkil qeyd edib ki, epizodlardan biri üzrə ümumiyyətlə, dəymiş ziyan yoxdur: “Rəqsanə xanım qəbul etmədiyi zərəri ödəməli deyil. Ödənilməyən zərərlər Rəqsanə İsmayılova tərəfindən qəbul edilməyən zərərlərdir. O, ittihamı qəbul etmir”.

Qeyd edək ki, bu gün müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Bakı Apellyasiya Məhkəməsi şikayət təmin etməyib.

.