Ötən gün Nəsimi Rayon Məhkəməsi Hüquqi Maarifləndirmə Cəmiyyəyinin rəhbəri İntiqam Əliyevin barəsində həb- qətimkan tədbirinin ev həbsi ilə dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.
Bu barədə "Turan"-a vəkil Anar Qasımlı bildirib.
Onun sözlərinə görə, məhkəmə İ.Əliyevin mənzilində və ofisində axtarış zamanı qanun pozuntusunun tanınması barədə vəsatəti də təmin etməyib.
Xatırladaq ki, axtarış zamanı ailəyə məxsus elektron daşıyıcılar, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqları müdafiə olunan vətəndaşların işlərinə dair materiallar götürülüb. Müdafiə tərəfinin fikrincə, bu materialların İ.Əliyevin cinayət işinə aidiyyəti yoxdur.
Müdafiə tərəfi Nəsimi Rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.
Xatırladaq ki, İ.Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.
Amma o özü ittihamları rədd edərək onları siyasi motivli hesab edir.
.