Noyabrın 4-də Yasamal Rayon Məhkəməsi Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı iddia ərizəsinə baxıb.
Gültəkin Hacıbəyli Mahmud Mehdiyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadələrlə onu təhqir etdiyini əsas gətirərək keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi.
"Azadliq.info” saytının məlumatına görə, 4 noyabr prosesi hakim Fuad Babayevin sədrliyi ilə keçirilib, iddia təmin edilməyib.
