Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunda qol sayına görə əfsanəvi futbolçu Stiven Cerrarda çatıb.

30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyununda nail olub.

Komandasının yeganə qoluna imza atan forvard 120-ci topunu vuraraq Mersisayd təmsilçisinin tarixinə düşüb.

"Liverpul" tarixinin bombardiri 128 qolla ingiltərəli sabiq oyunçu Robbi Faulerdir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən bu komandanın formasını geyinir.

.