Qərb və Ukrayna Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edir.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz telegram kanalında yazıb.

“Ukraynanın müharibədəki məqsədinin Kiyev rejimi əvvəllər ona məxsus olan bütün ərazilərin qaytarılması olduğunu açıqlayıb. Yəni ki, həmin ərazilərin Rusiyadan qoparılmasıı. Bu, dövlətimizin mövcudluğu üçün təhlükə və bugünkü Rusiyanın dağılması deməkdir. Bu isə nüvə silahından çəkindirmə sahəsində Rusiyanın dövlət siyasəti sənədinin 19-cü bəndinin tətbiqi üçün birbaşa səbəb deməkdir”, - deyə Medvedev yazıb.

"Bu sənədin 19-cu bəndi nüvə silahının tətbiqinin şərti kimi "dövlətin mövcudluğu təhlükə altında olduqda adi silahlardan istifadə etməklə Rusiya Federasiyasına təcavüzü" tanıyır. Bəs onda kim nüvə münaqişəsini planlaşdırır, soruşa bilərəmmi? Nüvə silahından istifadə etməklə dünya müharibəsinin birbaşa təxribatı deyilsə, bəs onda bu nədir?”, - deyə o, əlavə edib.

Medvedev: Yalnız Rusiyanın tam qələbəsi qlobal münaqişənin qarşısını ala bilər

Yalnız Rusiyanın Ukraynadakı tam və yekun qələbəsi qlobal münaqişənin qarşısını almağın təminatıdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev rəsmi “Telegram” səhifəsində yazıb.

Medvedev onu da əlavə edib ki, Qərb dövlətləri dünyanı qlobal müharibəyə sürükləyir.

Qərb dövlətlərinin irəli sürdüyü “Rusiyaya Ukraynadakı müharibədə qələbə qazanmağa imkan vermək olmaz” tezisinə cavab olaraq Medvedev deyib: “Gəlin hər şeyi öz adı ilə çağıraq. Qərb dövlətləri dünyanı qlobal müharibəyə aparır və Rusiyanın Ukraynada tam qələbə qazanması dünya miqyaslı münaqişənin qarşısını almaq üçün təminat verir”.

.