Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident Vladimir Putinin müraciətini Çin lideri Si Cinpinə çatdırıb.

Bu barədə Təhlükəsizlik Şurası rəhbərinin müavininin katibliyindən məlumat verilib.

Bildirilib ki, Medvedev və Si Cinpin postsovet məkanındakı vəziyyəti, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.

Si Cinpin Medvedevə Ukrayna böhranı ilə tərəflərin rasionallığı, təmkinliliyi qoruyub, hərtərəfli dialoq aparacaqlarına ümid etdiyini deyib.

***

Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevlə görüşüb.

Bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

Görüşün Çin liderinin Pekindəki dövlət iqamətgahında keçirildiyi bildirilib.

 

.