Ukraynanı heç kəs NATO-ya qəbul etməyəcək. NATO-da intiharçı yoxdur.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
O, hesab edir ki, Kiyev rejimi özü üçün gələcək üçün hansısa “təhlükəsizlik zəmanətləri” icad etməkdə davam edir, lakin heç bir qonşunun bunu onlara verə bilməyəcəyi aydındır: "Hər kəsə aydındır ki, heç bir qonşu onlara heç bir zəmanət verə bilməz, hətta onlar Rusiyaya şiddətlə nifrət etsələr belə…”, – deyə Medvedev bildirib.
Dmitri Medvedev hesab edir ki, yalnız Rusiya ilə razılaşma Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər, lakin Ukrayna hakimiyyəti bu imkandan imtina edib: "Yalnız Rusiya ilə razılaşma Ukraynaya təhlükəsizlik zəmanəti verə bilərdi. Lakin Qərbin pulları və raketləri ilə stimullaşdırılan Ukrayna hökuməti bundan imtina etdi".
Qeyd edək ki, Ukrayn Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı tövsiyələri olan ilk sənədin avqustun 29-30-da hazır ola biləcəyini açıqlayıb.
.
