Medianın İnkişafı Agentliyinin və ADA-ın Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda ilk vebinar keçirilib.
 
Vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.

Vebinarın moderatoru, Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, əsas məqsəd yerli iş bazarında kommunikasiya və media mütəxəssislərinə artan ehtiyacı tədricən ödəməklə yanaşı, həm də Azərbaycanda bu sahəninin elmi potensialını artırmaqdır. Vurğulanıb ki, bu gün başlanılan vebinarlar silsiləsi yalnız gənc media nümayəndələri üçün deyil, həm də təcrübəli mütəxəssislər üçün faydalı müzakirə platformasına çevriləcəkdir. 
 
Sonra “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edən media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə sosial medianın jurnalistikaya təsirindən bəhs edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Sosial şəbəkənin fərqli rollarından, xüsusiyyətlərindən danışan mütəxəssis jurnalistin sosial mediadan məlumat mənbəyi kimi istifadə edərək öz işini daha keyfiyyətli necə yerinə yetirə bilməsi məsələlərini diqqətə çatdırıb. Vebinarda “Deep fake”lə mübarizə üsulları da qeyd edilib.
 
Media inkişafı üzrə mütəxəssis sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

.