Bu gün Nigar Camalın klip təqdimatı keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də iştirak edib.

Mədət Quliyev tədbirdə yaradıcı gəncləri təbrik edib, təqdimatla bağlı xoş sözlər söyləyib.

"Yaradıcı gəncləri bu günki gün münasibətilə təbrik edirəm. Bu günlər bizim müqəddəs bayramımızdır. Həmçinin klipin təqdimatı münasibətilə də təbrik edirəm.

Əslində bu gənclərin, yaradıcı qrupun təqdimatı deyil. Əslində Ulu öndər 25 il bundan qabaq bu siyasəti qoyub. Bu gün o bizlə yoxdur. Onun ruhu bizimlədir. Gənclərin bu gün yaratdıqları Ulu öndərin ruhunu şad edir.

Həm gənclərə, yaradıcı qrupa, həm də əziz jurnalistlər sizə baxanda fəxr edirəm. Artıq siz müstəqil gənclərsiz”, - deyə Mədət Quliyev bildirib.

Qeyd edək ki, "Eurovision 2011" qalibi Nigar Camal Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birgə "Get həyatımdan" adlı klipi üçün kamera qarşısına keçib.

Mətbuat konfransında açıqlama verən müğənnini bildirib ki, Murad Qulubəyli ilə tərəf müqabili olmaq çox xoşdur:

"Murad klipdə rolunu elə gözəl oynayıb ki, hamı düşünürdü ki, sevgiliyik. Amma yox, biz yaxşı dostuq” , - deyə Nigar Jamal bildirib.



.