Milli Depozit Mərkəzi (MDM) Avropanın əsas depozitarları hesab edilən “Euroclear” və “Clearstream”ilə danışıqlara başlayıb.

MDM-dən bildirilib ki, müəyyən tələblərin tam şəkildə yerinə yetirilməsindən sonra bu depozitarlarda hovuz hesabının açılması üçün rəsmi müraciət prosedurları işə salınacaq. Qeyd olunub ki, bu depozitarlara üzvlük və hesabın aktivləşdirilməsi uzunmüddətli bir prosesdir.

MDM-in beynəlxalq depozitarlara qoşulması Azərbaycan kapital bazarının qlobal maliyyə sisteminə inteqrasiyasını sürətləndirəcək. Bu əməkdaşlıq həm yerli investorların xarici bazarlardakı aktivlərinin daha etibarlı saxlanılmasına, həm də iqtisadi baxımdan daha səmərəli idarə olunmasına şərait yaradacaq.

Beynəlxalq depozitarlara üzvlük prosesində əsas amillərdən biri əməliyyat həcmi və bu üzvlüyün iqtisadi səmərəliliyidir. “Euroclear” və “Clearstream”ə qoşulma imkanları araşdırılarkən, yerli bazar iştirakçılarının marağı və depozitarlarda saxlanılması planlaşdırılan qiymətli kağızların həcminəzərə alınır.

Bundan əlavə, beynəlxalq depozitarlara üzvlük üçün risk idarəetmə siyasəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə beynəlxalq tələblərə tam uyğunluq vacib şərtlər sırasındadır.

Daxili bazar iştirakçılarının Avropa bazarlarında emissiya edilən qiymətli kağızlara marağının azlığıindiyə qədər MDM-in bu depozitarlara üzvlük üçün tələb olunan həcmləri formalaşdıra bilməməsinə və infrastrukturun qurulmamasına səbəb olub. Lakin son dövrlərdə artan tələbat bu istiqamətdə əməliyyatların aktivləşdirilməsinə təkan verib.

Bu çərçivədə MDM ötən il risk idarəetmə prosedurlarını beynəlxalq standartlara uyğunlaşdırıb, ƏL/TMM siyasətini və daxili qaydaları yenidən formalaşdırıb.

.