Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) prorektoru Artyom Malqinin "Report"un Rusiya bürosuna müsahibəsi:

- Bakıda 2013-cü ildəMDBMİ məzunlarınıntəntənəligörüşü keçirilib. Azərbaycan paytaxtında yenidən belə görüşlər keçirilə bilərmi?

- MDBMİ məzunlarının görüşləri mütəmadi olaraq keçirilir, lakin ilk və ən böyük görüş, əlbəttə ki, Bakıda olub. Bu, 600-dən çox insanın iştirak etdiyi gözəl tədbir idi. MDBMİ məzunlarının demək olar, hər il bir yerə toplanmasınabaxmayaraq, Bakı görüşü hələ də bir çox insanların yaddaşında qalıb. İndi Moskva, Yerevan, Almatı şəhərlərində görüşlər keçirilib. Bu il isə Daşkənddə və Parisdə məzunların toplantısını keçirməyi planlaşdırırıq.

Görüşlərə bütün məzunları dəvət etmək mümkün deyil, texniki məhdudiyyətlər var. Ona görə də uzun müddətdir institutu bitirən, həmin illərə görə darıxan, ən əsası da haqqında danışılacaq insanları bir yerə toplamağa çalışırıq.

Yeri gəlmişkən, forumlarımızın təşəbbüskarı olan Azərbaycan Prezidenti İlham Əliyev Bakıda məzunların görüşlərinin hər il keçirilməsini təklif edib. İndi bu format haqqında düşünürük. Eyni zamanda MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasına rəhbərlik edən institutun daha bir məzunu Leyla Əliyevanın da bu işlərdəböyük rolunu qeyd etmək lazımdır. Bakıda olarkən onunla razılaşdıq ki, bu il MDBMİ-də Azərbaycanın milli poeziyasının xüsusiyyətlərinin qeyd ediləcəyi poetik gecə keçirək. Məqsəd təkcə Azərbaycan poeziyasının nümunələrini nümayiş etdirməkyox, həm də Moskvanın gənc poetik icmasını bir araya toplamaqdır.

- İlin əvvəlində Bakıya səfər etmisiniz. Gündəmdə hansı mövzular vardı və nələr barədə razılaşma əldə olundu?

- Bakıda ilk dəfə deyildi olurdum, ümid edirəm, sonuncu da olmaz. MDBMİ Azərbaycanla əlaqələri daimi inkişafetdirir. İnstitutumuzun məzunlarının ən aktiv assosiasiyası məhz bu ölkədədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev MDBMİ məzunları arasında fəaliyyətdə olan yeganə prezidentdir.İlham Əliyev yalnız MDBMİ-ni bitirməyib, o, həm də burada dərs deyib və yəqin buna görə də universitetimizə xüsusi münasibət göstərir. Prezidentlə görüş zamanı MDBMİ-nin Bakıda filialının açılmasından tutmuş birgə humanitar və təhsil layihələrinə qədər bir sıra müxtəlif məsələləri müzakirə etdik.

- Bir müddət əvvəl MDBMİ-nin Bakı filialının açılması məsələsi gündəmə gəlmişdi. Bu nə vaxt reallaşa bilər?

- Bakıda MDBMİ-nin filialının açılması şayiə yox, plandır. Bu planı 2016-cı ildə Prezident İlham Əliyev ilə institumuzun rektoru, akademikAnatoli Torkunov müzakirə edib, ardından isə işgüzar səviyyədə Təhsil Nazirliyi ilə müvafiq əlaqələr yaradılıb. MDBMİ artıq zəruri "ev tapşırığı"nı edib: bu müddətdə institutun təşkilati-hüquqi statusunu dəyişmişik, MDBMİ-nin Nizamnaməsinə filial yaradılmasının mümkünlüyü ilə bağlı dəyişiklik edilib, "yaxın" filialımız - MDBMİ-Odintsovo, eləcə də Cenevrədə bakalavriat fəaliyyətə başlayıb. Başqa sözlə, yeni meydanlara, o cümlədən Bakıya çıxışa hazırıq. Konkret müzakirələrə hazırıq. Filialımızı tətbiqi hazırlıq istiqaməti olan magistrura səviyyəsində təhsil verən kiçik ali təhsil müəssisəsi kimi görürük.

- İndi MDBMİ-də neçə azərbaycanlı tələbə təhsil alır və institutun mövcud olduğu dövrdə ümumi say neçə olub? Ümumiyyətlə, belə statistika aparılırmı?

- İndi MDBMİ-də təqribən,60 tələbə və aspirant təhsil alır, tədqiqatla məşğul olur. Ümumilikdə isə yalnız son iyirmi400-dən çox azərbaycanlı məzunumuz olub. Sovet dövründə respublikalar üzrə statistika aparmamışıq, hamımız Sovet xalqı nümayəndəsi idik.

- MDBMİ Azərbaycanla birgə hansı layihələri həyata keçirir?

- Hazırda Bakıda Valday klubunun səfər sessiyasının keçirilməsinə hazırlıqlar görülür. Bildiyiniz kimi, MDBMİ Valday klubunun təsisçilərindən biridir. Çox güman ki,ölkədəki prezident seçkilərindən sonra Bakıda keçiriləcək səfər iclaslarının tarixi razılaşdırılır. Artıq forumum əsas müzakirə mövzuları razılaşdırılıb. Müzakirələr nəqliyyat-enerji, xammal iqtisadiyyatının qiymət dəyişikliyinə necə adaptasiya olması, neft-qaz gəlirlərinin dövlətin fəaliyyətinin müxtəlif sahələrinə necə düzgün sərmayə kimi qoyulmasıməsələləri üzrə olacaq. Bakının nümunəsində neft gəlirlərinin şəhərin infrastrukturuna necə sərf olunduğunu görürük və bu, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bəlkə də indi daha dəqiq və uzunmüddətli sərmayələr qoyulmasının vaxtı çatıb. Məsələn, kənd təsərrüfatına, -Azərbaycan coğrafi mövqeyinə görə həmişə meyvə-tərəvəz məhsullarının əsas istehsal və emal mərkəzlərindən biri olub. Bütün bunlar üçün ciddi təhlil lazımdır.

- Bəs bu forumda kimlər iştirak edəcək? Qərb şirkətləri enerji layihələrinin müzakirəsinə qatılacaqmı?

- Bakıya həm Rusiyadan, həm də digər ölkələrdən ekspert icmasının yüksək səviyyəli nümayəndələrini gətirəcəyik. Valday Klubu ilk növbədə düşünmək üçün fürsətdir və bunun üçün əhəmiyyətli səbəblər var. Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin, demək olar, razılaşdırıldığını söyləmək olar və bu, Azərbaycan-Türkmənistan xəttində bir sıra layihələrin icrasını yenidən gündəmə gətirir. Azərbaycan nəqliyyat dəhlizlərinin, ilk növbədə Çindən Qərbə qədər olan dəhlizin tətbiqi üzrə qeyri-adi nəqliyyat mərkəzinə çevrilir. Meridianal layihələr, o cümlədən Şimal-Cənub Dəhlizi üzrə fəal iş gedir. Bakının iqtisadi-siyasi mövqeləşməsi üçün yeni imkanlar yaranır. Bakıya Rusiyanın əsas enerji şirkətlərinin rəhbərlərini, energetika naziri Aleksandr Novakı, nəqliyyat naziri Maksim Sokolovu və başqalarını gətirməyi düşünürük. Azərbaycan və Rusiya şirkətlərindən əlavə, "Total" və BP kimi Qərb enerji şirkətləri də çox güman, iştirak edcək. Yəni, Bakı Rusiya və Qərb şirkətlərinin görüşməsi üçün platforma olacaq.

- MDBMİ-nin Bakıda başqa hansı birgə layihələri gözlənilir?

- Bu il fevralın 21-25-də MBA tələbələrimiz Bakıda olacaqlar. Onlar indi öz işləri ilə tanınanböyük insanlardır. Onlar Azərbaycanda Prezident Administrasiyasının, Energetika Nazirliyinin, SOCAR-ın nümayəndələri ilə görüşəcək, müəssisələrə gedəcəklər. Ümumiyyətlə, MBA proqramları yerlərdə seminarları əhatə edir: belə səfərlər mütəmadi olaraq keçirilir, lakin Bakıda ilk dəfə olacaq.

.