Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə işgüzar səəfərdədir.
Bu barədə nazir “X” sosial səbəkəsində paylaşım edib.
“İsrail dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.
Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunur.
.
