Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. 
APA-nın Moskva müxbirinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Görüşdə xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub. Nazirlər əvvəlcə məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüş keçirəcəklər. 

.