Məlum olduğu kimi ötən həftə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın tədbirlərində iştirak etdi. Təşkilatın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının keçirilən iclasında konkret çıxış etdik, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirib, öz qeyd və təkliflərimizi verdik.
Qeyd etdiyim komitə iclasında müzakirə olunan məsələlər gələcəkdə görüləcək işlərlə bağlı müəyyən fikir mübadiləsi aparmaq idi. MDB-nin iqtisadiyyatının inkişafı üçün qanunvericilikdə model qanunlar deyilir, hansı ki burada müəyyən ekspert məsləhətləri verilməlidir, bununla bağlı fikir mübadiləsi apardıq. Hansı ki, sahibkarlıq, rəqəmsal iqtisadiyyat və sair bura şamil olunur. Fikir mübadiləsi zamanı həmçinin aparıcı hüquq firmaları ilə bağlı müəyyən iradlarımızı da bildirdik. Məsələ burasındadır ki, 1 il yarımdır ki, aparıcı hüquq firmaları müəyyən məsləhətlər hazırlayır, amma praktiki cəhətdən bunları tətbiq etmək mümkün olmur. Vəziyyətdən çıxış yolu isə bu qanunları MDB məkanındakı ölkələrin qanunları ilə uyğunlaşdırmaqdır. Daha sonra isə MDB məkanında olan ölkələrin iqtisadiyyatının inkişafına daha da dəstək olmaq üçün konkret təkliflər verilməlidir.
İclasda səsləndirdiyimiz daha bir təklif isə bütün hüquqi-iqtisadi ekspert qruplarının sonunda konkret 5-10 cümlə təkliflər verməsi oldu. Hansı ki, bu təkliflər bütün MDB məkanındakı dövlətlərinin milli maraqlarını pozmasın. Ümumi sözlər kənarda qalsın və onun əvəzinə konkret təkliflər təqdim olunsun. Bu təklif qəbul olundu, protokola əlavə edildi.
Digər təklifimiz komitə tərəfindən çıxarılan məlumatların vərəq üzərində deyil, elektron varianta keçirilməsi oldu. Çünki nəzərə alsaq ki, hər bir şirkət təklif verərkən burada 200-300 vərəq həcmində materialdan söhbət gedir, ona görə də elektron formada məlumatla baxıb tanış olmaq daha asan olar. Çıxışımız zamanı səsləndirdiyimiz üçüncü təklif isə gələcəkdə konkret işlərin görülməsidir. Çünki bu iclasda iştirak edənlərin hər biri iqtisadçıdır və irəli sürülən hər bir təklif konkret olmalıdır. Demək olar ki, 17 məsələdən 6 məsələ rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı oldu. Burada da təbii ki fikir mübadiləsi aparıldı və təklifimiz digər həmkarlar tərəfindən qəbul olundu
Rüfət QULİYEV
Milli Məclisin deputatı
