Müstəqil Dövlətlər Birliyi ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası layihəsi hazırlanır.

Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB ölkələri 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlayıblar.

Lebedev qeyd edib ki, Birlik ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası layihəsini hazırlamağa başlamaları dünyada vəziyyətin pisləşməsi ilə əlaqadardır.

.