MDB ölkələrinin liderləri mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında birliyin baş katibi Sergey Lebedev bildirib.

"Bildirmək istəyirəm ki, MDB dövlət başçılarının hamısı mayın 9-da Moskvada təşkil olunacaq təntənəli mərasimlərdə iştirak edəcəklər", - o qeyd edib.

.