Dekabrın 4-ü Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasına üzv dövlətlərin rəhbər şəxslərinin iclası keçiriləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən salamnews-a verilən məlumata görə, iclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
.