MDB Dövlət Başçıları Şurasına sədrlik Qırğızıstana keçib.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev bildirib.
O qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının iclası 2023-cü il oktyabrın 13-də Bişkekdə keçiriləcək.
"Nümayəndə heyətlərinin başçıları 2023-cü ildə Birliyə sədrliyi Qırğızıstanın, həmsədrliyi isə Qazaxıstan Respublikası və Rusiya Federasiyasının həyata keçirəcəyi ilə bağlı qərar qəbul ediblər”, - deyə Lebedev vurğulayıb.
.
