Məşhur jurnalist və insayder Fabritsio Romano PSJ-nin hücumçusu Kilian Mbappenin klubdan ayrıldığını rəsmən elan etdikdən sonra futbolçunun son illərdəki transfer hekayəsinin təfərrüatlarını paylaşıb.

Bu barədə jurnalist sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Kilian Mbappe son iki ildə heç vaxt İngiltərə Premyer Liqa klubları ilə danışıqlarda iştirak etmək istəməyib.

“Keçən yay o, Səudiyyə Ərəbistanı klublarından mövsümə görə 200 milyon avro maaş almaqdan da imtina edib. Səbəb: o, yalnız “Real Madrid”ə keçmək və 2022-ci ilin iyunundan sonra prezident Florentino Peresi yenidən məyus etməmək istəyirdi”, – insayder qeyd edib.

Bir çox KİV, eləcə də insayderlər fransalının yayda “Real Madrid”in futbolçusu olacağını iddia edir. Onun “kral klubu”na keçidi iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalından sonra açıqlana bilər.

.