Fransanın PSJ komandasının futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.

Yenizaman "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna evdə İspaniyanın "Real Sosyedad" kollektivinə 2:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində start heyətində meydana çıxdığı ardıcıl 10 matçda ən azı bir qol vuran ilk oyunçudur.

Mbappe Çempionlar Liqasındakı 68-ci oyununda 44-cü dəfə rəqib qapılarına yol tapıb. 26 yaşına qədər yalnız argentinalı Lionel Messi (59 qol) daha çox qol vurub.

.