"Böyük Britaniya İranla münasibətləri inkişaf etdirmək niyyətindədir. Azərbaycanın da İranla əlaqələrinin möhkəmlənməsini, yaxşı olmasını istəyirik. Böyük Britaniya Avropanın neft-qaz təchizatında həm Azərbaycanı, həm də İranı aktiv mövqedə görmək istəyir”.
Bunu Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon deyib. O bildirib ki, hazırda İranın nüvə proqramı ilə bağlı müəyyən çətinliklər var: "Lakin biz bu problemləri yoluna qoymaq, Avropanın neft-qaz təchizatı məsələsində İranla əməkdaşlıq etmək arzusundayıq. Bu, həm strateji, həm də siyasi əhəmiyyət kəsb edir”.
M. Fallon qeyd edib ki, rəsmi London Azərbaycanı bölgədə stabil ölkə kimi görür və Azərbaycanın qonşuları ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istəyinə müsbət yanaşır.
.
