"Azərbaycan həm bölgənin, həm də Avropanın enerji təhlükəsizliyində lider rolunda çıxış edə bilər”.
Bunu Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon söyləyib.
M. Fallon deyib ki, Ukrayna böhranı və İraqda baş verən münaqişə Avropanın yeni mənbələr və etibarlı tərəfdaşlar barədə düşünməsinə zərurət yaradıb. O bildirib ki, Azərbaycan həm Böyük Britaniyanın, həm də Avropa Birliyinin bölgədəki əsas tərəfdaşlarından biridir. M. Fallon qeyd edib ki, bir çox Böyük Britaniya şirkətləri Azərbaycanda bir çox sahələrə, o cümlədən neft-qaz sahəsinə sərmayələr yatırıb, Böyük Britaniyanın Azərbaycanda böyük maraqları var: "Səfərdə məqsəd hazırda bu istiqamətdə əməkdaşlığı genişləndirmək, mövcud layihələr çərçivəsində əməkdaşlığı inkişaf etdirmək, həm də yeni ideyalar həyata keçirməkdir. Səfər çərçivəsində keçirəcəyimiz görüşlər Böyük Britaniyanın və Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə lider dövlət ola bilər. Bu sahədə Böyük Britaniya Azərbaycana hər cür dəstək verməyə hazırdır”.
M. Fallon qeyd edib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev, enerji, rabitə və yüksək texnologiyalar və maliyyə nazirləri, ARDNŞ prezidenti ilə görüşəcək.
.