
Peşəkarlar arasında boks üzrə keçmiş dünya çempionu Mayk Tayson oktyabrın 27-də Moskvada Rusiya Yazıçılar Birliyinə üzv qəbul ediləcək.
Ona birliyin vəsiqəsi qiyabi olaraq veriləcək, çünki Tayson Moskvaya noyabrda gəlməlidir.
Oktyabrın 27-də isə Moskvada Taysonun yeni kitabının təqdimatı keçiriləcək. Kitab "Tayson. Rəhmsiz həqiqət " adlanır.
Bu kitabın orijinalda adı isə "mübahisə doğurmayan", yəni aydın həqiqətdir və kitabın adında "mənim avtobioqrafiyam" sözləri də var.
Tayson "Ginnesin rekordlar kitabı"na iki dəfə düşüb: ağır çəkidə peşəkarlar arasında ən gənc çempion kimi və ən tez nokautların sayına görə.
Tayson 1992-1995-ci illərdə zorlama ittihamı ilə həbsdə yatıb. 1997-ci ildə isə Evander Holifildin qulağını dişləmişdi.
.