Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.
Bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir: “Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.
İcra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub: “Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç olacaq. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.
.