
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko fevralın 26-27-də Türkiyəyə rəsmi səfər edəcək.
Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
"Səfər proqramına ölkə rəhbərliyi və Türkiyə parlamentariləri ilə görüşlər daxildir. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla danışıqlar aparılacaq", - mətbuat xidmətindən bildirilib.
.