İlon Mask “Twitter“in direktorlar şurasını istefaya göndərib.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilmiş sənədlərdə deyilir.

Xatırladaq ki, “Twitter“i aldıqdan dərhal sonra Mask şirkət rəhbərliyinin bir neçə üzvünü, o cümlədən baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqalı işdən çıxarıb.

Direktorlar şurasında kimin qaldığı barədə hələlik məlumat verilməyib.

.