Amerikalı milyarder İlon Mask “Grok 4” süni intellekti əsasında işləyən çat-botun yeni versiyasının istifadəyə verildiyini elan edib.

Bu barədə o “X“ səhifəsində yazıb.

Maskın iddiasına görə, bu, hazırda dünyanın ən qabaqcıl süni intellektidir.

“Süni intellekt sahəsindəki tərəqqini izləmək son dərəcə maraqlıdır. Mən bunu insan inkişafı, onu necə tez öyrənməsi, özünü daha yaxşı dərk etməyə başlaması ilə müqayisə edərdim. Süni İntellekt instənilən insandan daha tez inkişaf edir”, - deyə Mask bildirib.

Qeyd edək ki, Mask 2023-cü ilin aprel ayında süni intellektin hazırlanması ilə məşğul olan "xAI" startapının əsasını qoyub. Bir neçə aydan sonra şirkət artıq “Grok” əsaslı ilk süni intellekt çat-botunu təqdim edib.

.