ABŞ-də prezident seçkilərində demokratların namizədi və ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisin qələbəsi Birləşmiş Ştatlarda mətbuat senzurasının ciddi şəkildə sərtləşməsinə səbəb ola bilər.
TASS xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask Pensilvaniya ştatında respublikaçıların prezidentliyə namizədi Donald Trampın dəstəyi üçün seçicilərlə görüşdə bildirib.
Onun fikrincə, hazırda dezinformasiya ilə mübarizə bəhanəsi ilə senzuranın qurulması üçün böyük səylər göstərilir.
“Düşünürəm ki, Kamala [Harris] rejimi gələrsə, bizi ciddi senzura gözləyəcək”, – Mask müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
.