
İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialları açıqlamağa çağırıb.
Mask bu barədə sosial şəbəkədə yazıb.
“Tramp Epşteyn adını çəkərək hamını onun haqqında danışmağı dayandırmağa çağırdığı müraciətdə bir neçə dəfə Epşteyn dedi. Sadəcə vəd etdiyiniz kimi, materialları dərc edin”, – deyə Mask X-də yazıb.
Qeyd edək ki, bu, Maskın həmin işlə bağlı sənədlərin açıqlanmasını tələb etdiyi ilk hal deyil. O, Ağ Ev Epşteyn işi ilə bağlı materialları açıqlamasa, ABŞ prezidentinə etibar etməyin mümkün olub-olmadığını sorğulayıb.
.