Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 06.30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan "Qazel” markalı yük maşını ilə "Opel – Astra” markalı minik avtomobili toqquşub. 

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin "Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.