Bakının Mətbuat prospektində avtomobil yanıb.

Yenizaman.az Publika az-a istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobilin qabaq təkərləri, mühərrikin yanar hissələri, idarəetmə lövhəsi və salonun üzlük hissəsi qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb edilib. Yanğının qarşısı alınıb.Yanğınla bağlı yolda müvəqqəti olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Həmin görüntüləri təqdim edirik:

(azxeber.com)

.