Masallı rayonunda qatar motosikleti vurub. "Report”un xəbərinə görə, bu barədəDaxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 7-də saat 06 radələrində Masallı rayonunun Alışanlı kəndində, qorunmayan keçiddə Bak-Astara sərnişin qatarı rayonun Qədirli kənd sakini Səttar Nəhmətovun idarə etdiyi motosikleti vurub.
Nəticədə Səftər Nəhmətov hadisə yerində ölüb, digər sərnişin - həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
.
