Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Masallı sakininin evi qarət olunduqdan sonra yandırılıb. 

Hadisə ötən gün saat 20:00 radələrində rayonun Qodman kəndində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər kənd sakini, 1966-ci il təvəllüdlü Səxavət Umud oğlu Şiriyevin ailəsi ilə birlikdə toyda olduğunu bilərək oğurluq məqsədilə onun evinə daxil olublar. Lakin evdən pul və qızıl-zinət əşyaları tapa bilməyiblər. İzi itirməkdən ötrü isə evin otaqlarından birini yandırıblar. 

Yanğını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyi ilə yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 188 kv.m olan evin 2 kv.m ərazisi yanıb. Qeyd edək ki, bu, Səxavət Şiriyevin evinə son 3 ayda edilən ikinci oğurluq cəhdidir. 

Faktla bağlı araşdırma aparılır.


.