Ələt-Astara magistralının Masallı rayonu ərazisində mikroavtobusun aşması nəticəsində xəsarət alan 7 nəfərin kimliyi məlum olub.
Masallı rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların 7-si də Masallı rayonunun Çaxırlı kənd sakinləridir.
Xəsarət alan - 1961-ci il təvəllüdlü Xancanov Məharət Xamməd oğlu (diaqnoz: baş alın nayihəsinin yaraları, sol dizaltı nayihənin sıyrıntıları), 1987-ci il təvəllüdlü Məmmədov Babək Allahverdi oğlu (hər iki baldırın sıyrılmış yarası), 1972-ci il təvəllüdlü Rəhimova İlhamə Allahyar qızı (sol baldırın qırılmış yaraları), 1968-ci il təvəllüdlü Alışov Sirac Əvəz oğlu (sol baldırın əziyi), 1959-cu il təvəllüdlü Qurbanova Aidə Vəli qızı (Sol baldırın sıyrılması), 1999-cu il təvəllüdlü Məmmədov Cavad Sirac oğlu (aralıq nayihəsinin əziyi) və 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlu (hər iki baldırın sıyrılmış yaraları, çanaq nayihəsinin əziyi) Masallı rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlardan 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlunun vəziyyəti ağır qiymətləndirilir.
Hazırda xəstələrin müayinəsi davam etdirilir.
Xatırladaq ki, bu saatlarda Ələt-Astara magistralının 157-ci kilometrliyində, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində sərnişin daşıyan mikroavtobus yolun kənarına aşıb.
Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.
Faktla bağlı araşdırma gedir.
***
13:00
Ələt-Astara magistralında mikroavtobus aşıb.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.
İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.
Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.
Faktla bağlı araşdırma gedir.
.
