Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib.

Hadisənin "Masera” MMC-nin soyuducu anbar və istixanasında baş verdiyi bildirilir.

Dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

  

.