AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, İkinci Yeddioymaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli çayxananın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. 
Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat 02:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

.