Masallıda zəncirvarı yol qəzası baş verib.

Hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs xəsarət alıb.

Yaralılar Masallı və Cəlilabad Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.