"Curiosity” kosmik aparatı Mars planetinin səthində Şarp dağının ətəyinin ladşaftının qeyri-adi fotolarını lentə alıb.

 

Bu barədə NASA-nın mətbuat xidməti məlumat verib.

 

Fotolar sentyabrın 8-də "Mastcam” kamerası vasitəsi ilə əldə edilib. 

 

"Bu təpələrin tədqiq edilməsi qədim qum dünlərinin suyun təsiri altında kimyəvi dəyişilməsi və bu gün gördüyümüz landşafta çevrilməsinin öyrənilməsində çox vacibdir”, - missiya iştirakçısı Aşvin Vasavanda deyib. (oxu.az)

Fotolar:

.