Əfsanəvi argentinalı Dieqo Maradonanın 20 milyon dollarını oğurlayıblar. Bu barədə qazeta.ru saytı xarici mətbuata istinadən məlumat yayıb.
Maradona oğurluqda keçmiş həyat yoldaşı Klaudi Vilyafanyenin hazırda nəzarət altında olan nişanlısından şübhələnir: "Hazırda Klaudi və Tayan barəsində istintaq aparılır. Əgər o, az pul qazanırsa, necə özünə "BMW" markalı avtomobil alıb? Qızlarım barəsində təhqiqat başa çatıb, artıq onlar şübhə altında deyillər” ("Trend").
.