
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal haqda sərt fikirlər səsləndirib.
O, təcrübəli mütəxəssisə şeytana bənzədib: "Van Qal yaxşı insan deyil. O, şeytana bənzəyir".
D.Maradona van Qalın "MY"nın futbolçusu Radamel Falkaonu U-21 komandasına göndərməsi ilə bağlı qərarını da tənqid edib : "Falkao zədə problemləri ilə üzləşdi. Fransadan sonra İngiltərədə oynamaq onun üçün çətin idi. Buna görə də onun İngiltərə Premyer Liqasında uyğunlaşması üçün zamana ehtyiacı var". (qol.az)
.