Ötən gün "Mançester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb.

"İndependent”-in verdiyi məlumata görə, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb.

Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kustar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.


****

İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
"Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.
İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Qeyd edək ki, İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.

.