"Mançester Yunayted" klubu Viktor Valdesin transferini rəsmiləşdirib.
İspaniyalı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Ötən ilin mart ayında zədələnən 33 yaşlı qapıçı 3 ay idi ki, "Mançester Yunayted"in məşqlərində iştirak edirdi.
Futbolçu açıqlamasında bildirib ki, "Mançester Yunayted"in formasını geyinmək böyük qürurdur:
"Buraya gəldiyim ilk günlərdə "Mançester Yunayted" yazısını gördüyümdə özümü yuxuda hiss etdim", - deyə Valdes bildirib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes 2002-2014-cü illərdə Kataloniya təmsilçisinin şərəfini qoruyub.
.