İngiltərənin "Mançester Yunayted" klubu Bakıda futbol məktəbi açır.
Bu layihəni "Mançester Yunayted" klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Bakcel"lə birlikdə reallaşdırır.
Layihənin məqsədi uşaqlara "Mançester Yunayted" kimi oynamağaı öyrətməkdir.
Tarixdə ilk dəfədir ki, "Mançester Yunayted" hər hansı ölkənin milli federasiyası ilə işbirliyi qurur.
"United" qrupunun icra direktoru Riçard Arnold deyib: "Azərbaycan çiçəklənən futbol ölkəsidir. Bura "Mançester Yunayted" klubunun 1 milyondan çox azarkeşinin evidir. Ona görə də "Bakcell"dən olan dostlarımızın köməyi ilə bu əlaqəni qurmağımız fantastik işdir”.
"Bakcell" şirkəti "Manchester United"lə çoxdan telekommunikasiya və yayım tərəfdaşıdır.
R.Arnold əlavə edir ki, ""Mançester Yunayted" deyəndə gənc talantların inkişafı başa düşülür, bunlar sinonimdir”.
AFFA prezidenti Rövnəq Abdullayev isə deyib: "Bakıda "Mançester Yunayted" futbol məktəbinin yaradılması Azərbaycan futbolu tarixində həlledici hadisədir”.
"Bakcell" şirkətinin icraçı direktoru Riçard Şirer isə deyib: ""Bakcell" bu layihəni "Azərbaycan uşaqlarının futbola marağını və ciddi potensialını nəzərə alaraq” seçib. "Bakcell" uşaq futbolunu inkişaf etdirməyi məqsəd qoyub. Bizim şirkət bu istiqamətdə bu mühüm işi davam etdirəcək”.
.