Malta prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya prezidenti George İvanov Bakıya gələcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə,onlar aprelin 25-27-də Bakıda keçiriləcəkBirləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının(BMT SA) 7-ci Qlobal Forumunda iştirak edəcəklər.
Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulubr. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun aprelin 25-27-də Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
