Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti "Royal Sığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasını ləğv edib.
Bu barədə virtualaz.org saytına Maliyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar mövcud olub. Bu halların aradan qaldırılması üçün vaxt verilib. Lakin iradlar müəyyyən olunmuş müddətdə təmin edilmədiyi üçün Maliyyə Nazirliyi sentyabrın 8-dən lisenziyanın geri alınması ilə bağlı əmr verib.
.