Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycana Bankın əlavə kapitallaşmasında iştirak etməyi təklif edib.

Bu barədə  Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, oktyabrın 1-də BSTDB-nin Rəhbərlər Şurasının növbədənkənar toplantısında Bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Qərar səs çoxluğu, xüsusilə də Bankın ən iri səhmdarları olan Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul olunub. Səsvermə zamanı bəzi daha az səhmə və müvafiq olaraq səsə malik səhmdarlar (o cümlədən Azərbaycan) bitərəf qalıb.

Qəbul edilmiş qərara əsasən Bankın abunə kapitalı 816 milyon avro artırılaraq, 2,3 milyard avrodan 3,1 milyard avroya qaldırılır və hər bir üzv ölkəyə BSTDB-nin kapital artımında bu gün Bankın kapitalında mövcud payının xüsusi çəkisinə mütənasib şəkildə iştirak etmək təklif edilir. Bu artımın ödənilən hissəsi 245 milyon avro təşkil edir. Ödənişi üzv ölkələr 8 il ərzində (2023-2030-cu illər) bərabər hissələrlə həyata keçirməlidir. Bankın yeni səhmlərinə abunə yazılışı ilə bağlı hər bir üzv ölkə 12 ay ərzində Banka qərarını bildirməlidir.

.