Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayev YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Maksim Musayev virtualaz.org saytına açıqlamasında Siyavuş Novruzovun "Maksim Musayev qocaldıqca ağlını itirir” fikirlərinə sərt şəkildə reaksiya verib.
"Siyavuş Novruzov kimi yaltaq, yalançı, fırıldaq, şərbaz, savadsız adamlara geniş cavab verməyi özümə layiq bilmirəm. Bu fikirlər ona cavab olaraq kifayətdir. Nə qədər çərənləyirsə çərənləsin” - deyə M.Musayev bildirdi.
.
